Satılır 3 otaqlı köhnə tikili 65 m²
Sumqayıt şəhər 45-ci məhəllədə daş bina, gürcü layihəli 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən qanuni 3 otaqlı mənzil satışdadır. Ümumi sahəsi 65 kv.m-dir. Mənzil yeni təmirlidir, kombi sistemi ilə təchiz olunub. Bütün otaqların pəncərəsi var, otaqlar geniş, işıqlı və rahat planlaşdırılıb. Geniş dəhlizi mövcuddur. Kondisioner, mətbəx mebeli və kombi mənzildə qalır. Qaz, su və işıq daimidir. Sənədləri tam qaydasındadır, alqı-satqıdan dərhal sonra qeydiyyata düşmək mümkündür.